Zaur Darab-zadə

31 May 1985
Darab-zadə Zaur Mehrab oğlu, 1985-ci ildə Bakı şəhərində anadan olub.

1990-cı ildə Bakı şəhəri 18 saylı orta məktəbə daxil olub. Məktəbi bitirdikdən sonra Azərbaycan Maliyyə-İqtisad Kollecinin (AzMİK) "Mühasibat uçotu və audit" fakültəsinə qəbul olub.

Sonrakı illərdə ali təhsil almaq məqsədi ilə Ukraynanın Personalın İdarə Olunması üzrə Regionlararası Akademiyasının "Mühasibat uçotu və audit" ixtisası üzrə bakalavr pilləsində təhsilini davam edib. 2019-cu ildən Taras Şevçenko adına Kiyev Milli Universitetində magistr təhsilini alır.

Azərbaycanda ilk internet radio "Day.Az Radio"-nu yaradıb. Bundan başqa, "Day.Az Media" şirkətində (Trend.Az, Day.Az, Milli.az, Turbo.az) direktor müavini kimi çalışıb. 2012-ci ildə Bakıda "FIFA U-17" Qadınlararası Dünya Çempionatı çərçivəsində "Universal Music Group"un təşkilatçılığı ilə Azərbaycanda Cennifer Lopez, Rihanna və Şakira kimi dünya şöhrətli ulduzların "Baku Crystall Hall" səhnəsində solo-konsertlərinin marketinq direktoru olub. Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin nəzdində AVTO FM 107.7 radiosunu yaradaraq, koordinator vəzifəsində çalışıb.

2015-ci ildə Azərbaycanda regionun ilk müasir texnologiyalarla təchiz edilmiş "CinemaPlus" kinoteatrlar şəbəkəsinin baş direktoru vəzifəsinə təyin olunub. 2018-ci ilin yanvar ayından "CinemaPlus" kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü seçilib və bu vəzifədə bu günədək çalışır. Bu sahədə işlədiyi müddətdə Azərbaycanın müxtəlif regionlarında kinoteatrların açılışına təşəbbüs göstərib. 2005-ci ildən başlayaraq 30-dan çox xarici ölkədə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə, forumlarda Azərbaycanı təmsil edib.

Müraciət
Video müraciət
Gənclərə müraciət!
Əziz gənc, bu gün mən parlamentə gedərək sizin maraqlarınızı, sizin üçün çalışmağı, sizin problemlərinizi ictimailəşdirməyi özümə əsas məqsəd qoyuram. Ölkəmizin 60 faizi gənclərdən ibarətdir. Deməli, Milli Məclisdə gəncləri başa düşən, gənclərlə eyni dildə danışan deputatlara ehtiyac var. Ölkəmizi gələcəyə aparacaq qüvvə gənclikdir. Bu gəncliyin hansı keyfiyyətlərə malik olacağı hər birimizdən asılıdır. Gənclərimiz xarici dil öyrənməyə meyilli, yeni texnologiyalara açıq, kitab oxuyan, elmi işləri ilə dünyaya səs salan, yaratdığı startapları digər ölkələrə sata bilən, öz idman nəticələri ilə tarix yazan olmalıdır. Siz soruşa bilərsiniz ki, niyə məhz mən? Çünki mən sizin kimi gəncəm, gənclərin problemlərini çox gözəl bilirəm. Yeni texnologiyalara açığam. Ölkəmizdə ilk internet radiosu "Day.Az Radio"nun yaradıcısıyam. İdarə Heyətinin üzvü olduğum "CinemaPlus" kinoteatrlar şəbəkəsində son texnologiyaların istifadəsini dəstəkləyirəm. Mən sizdən biriyəm. Hesab edirəm ki, gənc sahibkarlara dəstək olmaq lazımdır. Hesab edirəm ki, ölkənin maliyyə gücü, onun kiçik və orta sahibkarlarından asılıdır. Mən sizinləyəm, çünki gənclərin biznesə gəlməyini dəstəkləyirəm, gənclər üçün yeni iş yerlənin açılması, yeni sahibkarların gəlməsi ilə mümkündür. Sahibkarlar üçün şəffaf biznes kreditləşməsi, ilk zamanlar dövlət tərəfindən dəstəklənməsini vacib hesab edirəm. Mən sizin səsiniz ola bilərəm. Çünki yüzlərlə gənclə çalışıram, onlarla ünsiyyətdəyəm və onların problemlərinə bələdəm. Mən sizi eşidə bilirəm. Bakıda keçirilən mədəniyyət tədbirlərində dünya şöhrətli məşhurların cəlb olunmasında, çoxtərəfli mədəni əlaqələrin qurulmasında yaxından iştirak etmişəm. Gənclərin bayağı yox, keyfiyyətli musiqi dinləməsini istəmişəm. Sübut etmək istəyirəm ki, mən sizin də dəstəyinizlə parlamentə seçilə bilərəm.
Əziz gənc, gəlin öz gələcəyimizi sizinlə eyni dildə danışan, sizin problemlərinizi daha yaxşı anlayan 34 yaşlı birinə həvalə edək. Hamınızı 9 Fevral Parlament Seçkilərində aktiv olmağa çağırıram. Gəlin, hər kəsə sübut edək ki, biz DƏYƏR VERƏN GƏLƏCƏYİK və sizinlə DƏYƏR VERƏN GƏLƏCƏK!
Seçicilərə Müraciət!
Dəyərli seçicilərim, parlament seçkilərində iştirakımla bağlı qərar verdiyim ilk gündən gənclərlə daha yaxından çalışmağı, onların problemlərinə diqqət göstərməyi özümə məqsəd qoymuşam. Lakin mənim üçün ortayaşlı və yaşlı seçicilərimin dəstəyi çox əhəmiyyətlidir.
Biz, gənclərin problemlərinin həllini həm də onların ailə vəziyyətlərinin daha da yaxşılaşdırılması üçün əhəmiyyətli hesab edirik. Bilirik ki, övladlarınızın qayğılarının aradan qaldırılması, parlamentdə gənclərin istəklərinin müzakirəyə çıxarılması sizin üçün çox önəmlidir.
Gənclərin təhsil səviyyəsinin artırılması, onların ciddi uğurlara imza atması, ölkə xaricində də tanınan layihələrə rəhbərlik etməsi böyüklərimizin arzularının əsasını təşkil edir.
Bu yolda sizlərin bizə dayaq olacağına əminik.
Prioritet mövzular
1
Gənc sahibkarlara vergi güzəştlərinin edilməsi
2
Gənc sahibkarlara biznes kreditlərinin verilmə prosesinin asanlaşdırılması və faizlərin aşağı salınması
3
Pensiya və müavinətlərin orta aylıq xərcələrə uyğunlaşdırılması
4
Gənc ailələrə güzəştli ipotekanın verilməsi və bu prosesin asanlaşdırılması
5
Gənclər şəhərciklərinin salınması və gənclərə imtiyazlı şərtlərlə mənzillərin verilməsi
6
Yaşlı nəslin təcrübəsindən istifadə məqsədilə ictimai işlərə cəlb edilməsi
7
Xaricdə təhsil alan gənclərin Azərbaycanda işlə təmin olunması
8
Yaşlı nəslə qayğı və diqqətin artırılması məqsədilə yeni təşəbbüslərin icrası və qanunların qəbulu
9
Startaplara dəstək və güzəştlərin verilməsi
10
İxrac edən sahibkarlara gömrük proseslərinin asanlaşdırılması və ixrac rüsumlarının ləğv olunması
11
Orta təhsil müəssisələrində informasiya texnologiyalarının daha aktiv tətbiqi
12
Gənclər arasında sağlam həyat tərzinə aid maarifləndirmə işlərinin aparılması
13
Gənclərin mənəvi tərbiyəsi problemi, narkomaniya və AIDS mübarizəsini müasir metodlarnan aparılması
İş fəaliyyəti
Noyabr 2004 – bu günədək
"CinemaPlus" şirkətlər qrupu
Vəzifə: Baş Direktor, İdarə heyətinin üzvü
Noyabr 2014 - Bu günədək

"107.7 AvtoFM"
Vəzifə: Baş koordinator, İdarə heyətinin üzvü
May 2013 – Noyabr 2014
"Universal Music Group"
Vəzifə: Marketing Direktor, baş koordinator
May 2012 – May 2013

"Day.Az Media" şirkəti
(Trend.Az, Day.Az, Milli.az)
Vəzifə: Baş direktorun müavini
Aprel 2011 – May 2012

"Day.Az Radio"
Vəzifə: Müəllif & Direktor
Avqust 2007 – Aprel 2011
"ANS" Media və yayım şirkəti
Vəzifə: Prodüser, proqram direktoru
Noyabr 2004 – Fevral 2006
İctimai Fəaliyyət
ASAİF-in (Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu) rəhbərliyində təmsil olunub

"İRƏLİ" ictimai birliyində 10-dan artıq layihələrin
koordinatoru olub
50-dən çox yerli və beynəlxalq təlimlərdə
iştirak edib
2005-ci ildən başlayaraq 30-dan çox xarici ölkədə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə, forumlarda Azərbaycanı təmsil edib

Ümumilikdə, indiyədək 20-yə yaxın layihənin təşkilatçısı olub

2003-2019-cu illərdə Azərbaycanda bir çox universitetlərdə spiker kimi çıxış edib

Mükafatlar
Dövlət gənclər siyasəti sahəsində tədbirlərin işıqlandırılmasında yaxından iştirakına görə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "Yaxşıların Yaxşısı" mükafatı

Azərbaycan tarixini, musiqisini və mədəniyyətini təblig edən "Day.Az Radio", internet radionun inkişafına verdiyi töhfələrə görə "UĞUR" Milli mükafatı

"Day.Az Radio" layihəsi ilin ən yaxşı layihəsi nominasiyasında "UĞUR Zirvəsi" mükafatı

Media


Sosial media
Komanda
Şaiq Qəribzadə
Seçki qərargahının sədri
“Saint Joseph High School” (Miçiqan, ABŞ) məktəbinin məzunudur. Azərbaycan Dövlət Neft Akademiyasında və “Universitat Siegen”da (Almaniya) bakalavr, ADNA və “Georgia State University”də (ABŞ) magistr təhsili alıb. Hazırda dünyanın ən böyük poçt şirkəti olan “FedEx" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəridir.
Ziya Bağırzadeh
Qanunvericiliyi üzrə məsləhətçi
Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr və Almaniyanın "Freie Universitat Berlin" Universitetində biznes hüququ üzrə magistr təhsili alıb. Belçikada Avropa Parlamentində və Azərbaycanda müxtəlif iri şirkətlərdə hüquq şöbəsinin müdiri vəzifələrində çalışıb.
Orxan Məmmədov
Media koordinator
Cənubi Rusiya Universitetinin məzunudur. 16 ildir Azərbaycan mətbuatında yüksək nüfuza malik olan, özü tərəfindən yaradılan BAKU.WS saytına rəhbərlik edir. Eyni zamanda yeni yaranmış "Baku.tv"nin rəhbəridir.
Rauf Rzayev
Maliyyə məsələləri üzrə məsləhətçi
2002-2004-ci illərdə "Azərbaycan Beynəlxalq Bank"ın sədr müavini, 2004-2009-ci illərdə "Kapital Bank"ın İdarə Heyətinin sədri vəzifələrində çalışıb. Hazırda sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
Fəxri Qurbanov
Təhsil məsələləri üzrə məsləhətçi
Bakı Dövlət Universiteti tətbiqi riyaziyyat və iqtisadi kibernetika fakültəsinin məzunudur. Böyük Britaniyanın “Nottingem Trent” Universitetində insan resurslarının idarəolunması ixtisası üzrə magistr dərəcəsi qazanıb. BP, “Turkcell Group” kimi beynəlxalq şirkətlərdə iş stajına malikdir. Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyində “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəridir.
Aqşin Şahbazzadə
Marketinq menecer
"City, University of London" məzunudur. "CinemaPlus" kinoteatrlar şəbəkəsinin marketinq üzrə meneceri vəzifəsini icra edib. Çoxsaylı layihələrin təşkilatçısıdır. hazırda "Green Hat Production" LLC şirkətinin sahibi və direktorudur.
Zəhra Bədəlbəyli
Mədəniyyət məsələləri üzrə konsultant
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına fortepiano ixtisası üzrə bakalavr, 2006-cı ildə fortepiano, musiqişünaslıq ixtisasları üzrə magistr dərəcələrində qırmızı diplomla bitirib. 2011-2015-ci illərdə “OK!Azerbaijan” jurnalının baş redaktoru olub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Zəhra Bədəlbəyli 2015-dən “Gamma group” şirkətinin direktorudur.
Orxan Aslanov
Vizual görüntu üzrə konsultant
Azərbaycanın ən məşhur fotoqraflarından biri, onlarla foto sərgilərin təşkilatçısı, "My Azerbaijan" layihəsinin müəllifidir.
Pərviz İsaqov (PRoMete)
Kontent menecer
Azərbaycanlı reper və prodüser Pərviz İsaqov H.O.S.T Alliance-nin yaradıcılarından biri və HOST prodakşnın təsisçilərindəndir. Hazırda PicMus MMC-nin təsisçisi və direktorudur. Çoxsaylı marifləndirici lahiyələrin müəllifi.
Samir Tahirov
Vizual görüntü üzrə konsultant
Azərbaycanlı rejissor, videoqrafdır. “Healts” studiyasının təsisçisi, çoxsaylı lahiyələrin müəllifi.
Pərviz Babayev
Kreativ menecer
Rusiyanın Kalininqrad şəhərində yerləşən Baltika Dövlət Akademiyasının məzunudur. Hazırda "CinemaPlus" və "Cinemazadeh" şirkətlərində art-direktor və kreativ direktor vəzifələrində çalışır.
Camal Xasayev
Yeni texnologiyalar sahəsində məsləhətçi
10 ildən çoxdur biznes fəaliyyəti ilə məşğuldur. Novator, Unikal InLoya.com layihəsinin müəllifi, Frazex MMC-nin təsisçisi və baş direktoru, Visa INC xidmət təminatçısıdır. Ən böyük kupon xidmətinin idarəedici tərəfdaşı və "Head & Partners - Loyalty Consulting" şirkətinin təsisçisidir.
Emil Əliyev
Müşahidəçi qrupunun rəhbəri
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının skripka ixtisası üzrə bakalavr. Azərbaycanın ən böyük turizm şirkətlərindən biri "Sindbad Travel" şirkətinin direktorudu.
Saleh Nəsirov
Sosial blogger, sosial layihələr üzrə məsləhətçi
Azərbaycana Birgə Yardım (UAFA) xeyriyyə təşkilatının əməkdaşı, Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri Bürosu, Əlillər üçün Tolerantlığı və Sosial Model yanaşmanı təşviq edən (IVLP) Beynəlxalq Ziyarətçi Liderliyi Proqramınınnın məzunu
Orxan İsrafilzadə
Seçki qərargahının baş məsləhətçisi
Bakı Slavyan Universitetin filologiya və jurnalistika fakültəsinin məzunudur. Azərbaycanda bir neçə şirkətin yaradılmasında iştirak edib və layihə rəhbəri vəzifəsində çalışıb. "Bakı Yığması" Şən və Hazırcavablar komandasının aktyoru, ssenaristi və koordinatoru kimi fəaliyyət göstərib. Çoxsaylı dövlət və qeyri-hökumət mədəniyyət tədbirlərinin təşkilatçısı və aparıcısıdır.
Səfirlər
Murad Dadaşov
şoumen, tanınmış teleaparıcı, prodüser, aktyor, Azərbaycan Respublikasının xalq artisti
Tünzalə Ağayeva
bəstəkar, müğənni, Azərbaycan Respublikasının xalq artisti
Azər Qəribov
tanınmış jurnalist, blogger, səyyah
Sənan Şəfizadə
jurnalist və televiziya aparıcısı
Vaqif Cavadov
məşhur futbolçu, Azərbaycan milli futbol komandasının sabiq üzvü
Xəyyam Nisanov
tanınmış müğənni
Abbas Bağırov
müğənni, Azərbaycanın əməkdar artisti
Site by PROMOTE